EN

Üçüncü zolaqdan birbaşa ən sağa manevr edən sürücülər qəza riski yaratdı VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Heydər Əliyev prospektində yol hərəkəti qaydalarını pozan sürücülər kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 2-də səhər saatlarında qeydə alınıb. Belə ki, 50-ER-910 dövlət nömrə nişanlı “Nissan” markalı və 10-GY-323 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobillərin sürücüləri manevr qaydalarına düzgün əməl etməyiblər.

Görüntülərdən aydın olur ki, yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyən sürücülər üçüncü zolaqdan birbaşa ən sağ zolağa keçid ediblər. Hətta, “Prius”u idarə edən qadın manevr zamanı bir müddət zolaqda dayanaraq nəqliyyat axınını ləngidib və qəza şəraiti yaradıb. Xoşbəxtlikdən görüntünü qeydə alan maşının sürücüsü ehtiyatlı davranaraq vaxtında sağ zolağa keçib və təhlükədən yayınıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü zolaq dəyişərkən digər hərəkət iştirakçılarına maneə yaratmamalı, əvvəlcədən siqnal verməli və təhlükəsiz məsafəni təmin etməlidir. Bu tələblərin pozulması inzibati məsuliyyət yaradır və sürücünün cərimələnməsi ilə nəticələnə bilər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
avtosfer.az

1Sources