EN

Siyəzəndə narkomaniya və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib FOTO

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Siyəzən Rayon Polis Şöbəsi tərəfindən Siyəzən Rayon Mədəniyyət Mərkəzində narkomaniya və erkən nikaha qarşı maarifləndirici tədbir təşkil olunub.

Gununsesi.info bildirir ki, tədbirdə məktəblilər, müəllimlər və valideynlər iştirak edərək mövzu ətrafında müzakirələr aparıblar. Çıxış edənlər narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələrdən, erkən nikahın isə gənclərin gələcəyinə mənfi təsirindən bəhs ediblər. Bu kimi halların qarşısının alınmasının vacibliyi vurğulanıb.

Tədbirdə Siyəzən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov çıxış edərək bildirib ki, sağlam və savadlı gəncliyin formalaşması üçün ailə, məktəb və cəmiyyət birgə fəaliyyət göstərməlidir. O, valideynləri övladlarına diqqətlə yanaşmağa, gəncləri isə düzgün həyat yolu seçməyə çağırıb.

Görüş çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, maarifləndirici tövsiyələr verilib. Bu cür tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
2
icma.az

3Sources