EN

Ali təhsilli anaların övladlarının nəticələri onları geridə qoydu

Ali təhsilli anaların övladları ilə bağlı IELS 2025 tədqiqatında diqqətçəkən nəticələr açıqlanıb.

Musavat.com xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair keçirilən məlumatlandırma sessiyasında bildirib.

Onun sözlərinə görə, aparılan təhlillər alitəhsilli anaların övladlarının bir sıra bacarıqlar üzrə daha yüksək göstəricilər nümayiş etdirdiyini göstərir.

Elnur Əliyev qeyd edib ki, savadlılıq göstəricisi alitəhsilli anaların uşaqlarında 501 bal, ali təhsili olmayan anaların övladlarında isə 474 bal olub. Riyazi bacarıqlarda da fərq müşahidə edilir: müvafiq olaraq 546 və 510 bal.

Məlumata görə, emosiyanın səbəbinin müəyyən edilməsi üzrə göstəricilər demək olar ki, eyni səviyyədədir (503 və 502 bal). Sosial davranış sahəsində isə fərq daha qabarıqdır: sosial yönümlü müsbət davranış alitəhsilli anaların övladlarında 524 bal, digər qrupda isə 492 bal təşkil edib. Bununla yanaşı, “pozucu olmayan davranış” göstəricisi üzrə fərqli nəticə qeydə alınıb. Belə ki, ali təhsili olmayan anaların övladları 514 balla alitəhsilli anaların övladlarını (504 bal) üstələyib.

Şahanə Rəhimli
Musavat.com

Chosen
1
1
musavat.com

4Sources