EN

Təhsil İnstitutunun rəsmisi: Ali təhsilli anaların övladları daha yüksək nəticələr nümayiş etdirir

Bakı, 5 may, AZƏRTAC

Aparılan təhlillər göstərir ki, ali təhsilli anaların övladları bir sıra istiqamətlər üzrə daha yüksək nəticələr nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında deyib.

Elnur Əliyev bildirib ki, savadlılıq göstəricisi ali təhsilli anaların uşaqlarında 501 bal olduğu halda, ali təhsili olmayan anaların övladlarında bu göstərici 474 baldır: “Riyazi bacarıqlarda da bu fərq 546 və 510 bal olaraq müşahidə olunur. Sosial davranış göstəricilərində isə ali təhsilli anaların övladlarında 524 bal olduğu halda, digər qrupda 492 baldır”.

Müxbir – Aysel Azadqızı

Chosen
3
2
azertag.az

4Sources