EN

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanın bəzi ərazilərində mayın 6-da yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.

AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14°, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütununa yüksələcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılarda fasilə olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gündüz 15-20° isti, dağlarda isə 8-13° isti təşkil edəcək.

Chosen
5
40
afn.az

10Sources