Mayın 6-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulma müşahidə ediləcək, lakin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi ərazilərdə qısamüddətli yağış və şimşək ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə havanın temperaturu gecə 11-14°, gündüz isə 15-19° isti olacaq. Atmosfer təzyiqi bir qədər artaraq 759-dan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət isə gün ərzində 60-80% aralığında dəyişəcək.
Ölkənin digər rayonlarında isə bəzi yerlərdə arabir yağış, şimşək və dolu ehtimalı var. Dağlıq ərazilərdə isə qar yağması mümkündür. Gündüz temperatur aran rayonlarında 15-20°, dağlarda isə 8-18° isti arasında dəyişəcək.