EN

Ermənistanın Aİ-yə meyillənməsi: İqtisadi risklər və siyasi gərginlik – ÖZƏL

Olaylar.az xəbər verir ki, İrəvanda Ermənistan-Aİ sammitinin və Avropa Siyasi Birliyinin 8-ci toplantısının keçirilməsi ölkədə ciddi siyasi və iqtisadi müzakirələrə yol açıb. İyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində baş tutan bu yüksək səviyyəli görüşlər, xüsusilə Fransa Prezidenti Emmanuel Makronun rəsmi səfəri Nikol Paşinyan hökumətinə Qərbin birbaşa dəstəyi kimi qiymətləndirilir. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, İrəvanın xarici siyasətindəki bu kəskin dönüş ölkə iqtisadiyyatı üçün ağır nəticələnə bilər.

Hazırda Ermənistanın xarici ticarət dövriyyəsinin 38,5%-i (təxminən 8 milyard dollar) Avrasiya İqtisadi İttifaqının (Aİİ), cəmi 13%-i isə Avropa İttifaqının payına düşür. Mütəxəssislərin fikrincə, kənd təsərrüfatı və şərabçılıq məhsullarının ixracını qısa müddətdə Rusiya bazarından Avropaya yönəltmək qeyri-mümkündür. Rusiya tərəfi isə bəyan edib ki, ölkənin eyni zamanda həm Aİ, həm də Aİİ üzvü olması texniki və hüquqi baxımdan mümkün deyil.
Daxili siyasi müstəvidə isə müxalifət blokları beynəlxalq forumun seçkilərdən cəmi bir ay əvvəl keçirilməsini hakimiyyətin "yalançı demokratik imicini" gücləndirmək cəhdi adlandıraraq buna etiraz edirlər. 

Rəy sorğuları Paşinyanın partiyasının liderliyini qoruduğunu göstərsə də, ölkədə hələ də qərarını verməmiş böyük bir seçici kütləsi mövcuddur. Ermənistan rəsmiləri Aİ ilə yaxınlaşmanın davam edəcəyini bildirsələr də, yaxın illərdə üzvlük məsələsinin gündəmdə olmadığını vurğulayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
50
olaylar.az

10Sources