EN

Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir MÜTƏXƏSSİS VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İki avtomobil arasında düzgün parklanma qaydaları sürücülər üçün mühüm məsələ olaraq qalır. 

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu mövzu ilə bağlı sürücülərə vacib tövsiyələr verib.

Onun sözlərinə görə, parklanma zamanı əsas məqsəd yalnız avtomobili yerləşdirmək deyil, həm də bütün tərəflər üçün rahatlığı təmin etməkdir. Belə ki, sürücü avtomobili saxlayarkən həm özü rahat şəkildə maşından düşə bilməli, həm də qonşu avtomobillərin sürücüləri üçün eyni şəraiti yaratmalıdır.

İki avtomobil arasında parklanarkən ən azı dörd vacib məqam nəzərə alınmalıdır. Birincisi, sürücü öz qapısını rahat aça bilməlidir. İkincisi, sol tərəfdə park edilmiş avtomobilin sürücüsü də rahat şəkildə nəqliyyat vasitəsinə minib-düşə bilməlidir. Üçüncüsü, sağ tərəfdəki avtomobil üçün də eyni imkan yaradılmalıdır. Bu, həm etik davranış, həm də təhlükəsizlik baxımından vacibdir.

Aqil Rəhimov bildirib ki, praktikada tez-tez rast gəlinən hallardan biri də odur ki, sürücü avtomobilini normal məsafədə park edir, lakin qısa müddət sonra yanındakı avtomobillər düzgün saxlanılmadığı üçün onun maşına daxil olması çətinləşir. Bəzən sürücülər sözün əsl mənasında avtomobilin qapısından birtəhər özünü sığışdırmaq məcburiyyətində qalırlar.

Parklanma zamanı yalnız öz rahatlıqlarını deyil, digər yol hərəkəti iştirakçılarını da nəzərə alsınlar. Onun sözlərinə görə, bu cür sadə qaydalara əməl olunması həm gündəlik rahatlığı artırır, həm də sürücülər arasında qarşılıqlı hörmətin formalaşmasına töhfə verir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
avtosfer.az

1Sources