Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov WUF13 çərçivəsində nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə məlumat verib.
AYNA rəsmisi bildirib ki, həmin zolaqlar müvafiq yol nişanları quraşdırıldıqdan sonra aktiv olacaq.
"Hələlik digər avtomobillər də bu zolaqlardan istifadə edə bilirlər. Hazırda zəruri nişanlama xətlərinin çəkilməsi həyata keçirilir.
Tədbir müddətində yollarda tənzimləmənin təmin edilməsi məqsədilə bəzi marşrutların hərəkət istiqaməti dəyişdiriləcək. Xüsusilə Koroğlu habında bəzi avtobusların dayanacaq məntəqələrinin yerləri dəyişdiriləcək", - deyə o qeyd edib.
E.Məcidov əlavə edib ki, tədbir günlərində qırmızı rəngli Baku taksi xidmətinə aid nəqliyyat vasitələrindən, həmçinin fərdi taksilərdən istifadə olunacaq.