EN

İran Trampı ələ saldı: Bizdə daha az kart var

İranın Haydarabaddakı konsulluğu ABŞ prezidenti Donald Trampın etdiyi səhvə reaksiya verib.

Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, reaksiyaya səbəb Trampın UNO kart oyununun şəklini əks etdirən paylaşımı olub.

Tramp əlində kartlar tutduğu bir şəkil paylaşıb. Halbuki həmin oyunda qələbə, əlində ən az kart qalan iştirakçıya verilir.

İran diplomatları buna cavab kimi, əlində dörd kart tutan bir generalın fotosunu paylaşaraq, “bizdə daha az kart var” yazıblar.

Bu paylaşım Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf edib.

Chosen
15
publika.az

1Sources