EN

Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq

Azərbaycanda geniş istifadə olunan yüksək dozalı C vitamini preparatlarından biri olan “Pascorbin 7.5 g/50” ml ilə bağlı yaxın aylarda mühüm dəyişiklik gözlənilir.

Publika.az xəbər verir ki, “Pascorbin”in ölkədə qeydiyyat müddəti 21.05.2026-cı il tarixində başa çatdığı üçün yeni qeydiyyat (yenilənmə) prosesi aparılır və hazırda bu proses davam edir. Bu səbəbdən yaxın dövrdə preparatın yeni partiyasının idxalı müvəqqəti olaraq mümkün olmayacaq.

Mütəxəssislərin bildirdiyinə görə, mövcud ehtiyatların tədricən azalması fonunda bu preparatın 2026-cı ilin iyun ayından etibarən apteklərdə satışda tapılmayacağı gözlənilir. Preparatın yenidən satışa çıxarılmasının isə təxminən 2026-cı ilin oktyabr ayına təsadüf edəcəyi proqnozlaşdırılır.

“Pascorbin 7.5 g/50ml” hansı hallarda istifadə olunur?

Mütəxəssislərin sözlərinə görə, yüksək dozalı C vitamini preparatları aşağıdakı hallarda yalnız həkim nəzarəti ilə tətbiq olunur:

Chosen
9
16
publika.az

10Sources