EN

İranın Deyr limanında gəmilərdə yanğın: Səbəb araşdırılır

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın cənubundakı Buşehr əyalətində yerləşən Deyr limanında bir neçə gəmidə yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Mehr News Agency" məlumat yayıb.

Məlumata görə, dörd gəmidə yanğın qeydə alınıb və onlardan birində alovun demək olar ki, söndürüldüyü bildirilir.

Qeyd olunub ki, yanğının səbəbi hələlik məlum deyil və hadisə tam söndürüldükdən sonra araşdırılacaq.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
redaktor.az

2Sources