EN

ABŞ Hörmüz boğazında İran gəmilərini məhvETDİ

ABŞ ordusu “Azadlıq Layihəsi” əməliyyatı çərçivəsində Hörmüz yaxınlığında İran hərbi gəmilərini məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı – CENTCOM açıqlama yayıb.

Məlumata görə, ticarət gəmiçiliyini təhdid edən İranın kiçik gəmilərini zərərsizləşdirmək üçün "Sikorsky SH-60 Seahawk" və "AH-64 Apache" helikopterlərindən istifadə olunub. Bildirilib ki, ABŞ döyüş helikopterləri Hörmüz boğazı və ətrafında fəal şəkildə fəaliyyət göstərir.

Qeyd olunub ki, daha əvvəl CNN Mərkəzi Komandanlığın rəhbəri Brad Koperə istinadən xəbər verib ki, mayın 4-də ABŞ ordusu İranın ABŞ dəniz qüvvələrinə və onun himayəsində olan ticarət gəmilərinə hücumundan sonra bölgədə altı İran gəmisini batırıb.

Bildirilib ki, sonradan ABŞ Prezidenti Donald Tramp isə ümumilikdə yeddi kiçik İran gəmisinin məhv edildiyini açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Chosen
4
redaktor.az

1Sources