EN

Ukraynanın 4 bölgəsi eyni anda VURULDU: Ölənlər var - VİDEO

Ötən gecə Ukraynanın dörd regionuna təşkil edilən hücumlar nəticəsində 4 nəfər həlak olub, 34 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Musavat.com xəbər verir ki, zərbələr əsasən Kiyev, Poltava, Çerniqov və Zaporojye vilayətlərini hədəf alıb.

Poltava vilayətində həyata keçirilən hücum zamanı 4 nəfər həlak olub, 31 nəfər yaralanıb. Həlak olanlar arasında iki xilasedici də var. Onlar yanğını söndürməyə gələrkən təkrar zərbənin qurbanı olublar. Hadisə nəticəsində dəmir yolu infrastrukturu və sənaye müəssisəsi zədələnib, 3480 abonent qazsız qalıb.

Kiyev vilayətində üç nəfər xəsarət alıb. Brovarı və Vışqorod rayonlarında çoxmənzilli bina, bir neçə fərdi ev, yanacaqdoldurma məntəqəsi və 11 avtomobil ziyan görüb.

Çerniqov vilayətinin Qorodnyansk icmasında fərdi yaşayış evinin vurulması nəticəsində yanğın baş verib və iki nəfər yaralanıb. Eyni zamanda meşə təsərrüfatı ərazisinə də zərbə endirildiyi qeydə alınıb.

Zaporojye şəhərində isə qeyri-yaşayış binasında yanğın baş verib. Vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, hücum nəticəsində bir qadın xəsarət alıb.

Musavat.com

Chosen
38
26
musavat.com

10Sources