EN

İran: ABŞ-ın hərəkətləri Hörmüz boğazında gəmiçilik üçün təhlükə yaradır

İran:

ABŞ və müttəfiqlərinin atəşkəs rejimini pozması və İrana qarşı dəniz blokadası tətbiq etməsi səbəbindən Hörmüz boğazında təhlükəsiz gəmiçilik təhdid altındadır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran parlamentinin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf bəyanat verib.

"Hörmüz boğazında tədricən yeni qüvvələr balansı formalaşır. Gəmiçiliyin və enerji resurslarının tranzitinin təhlükəsizliyi ABŞ və müttəfiqlərinin atəşkəs rejimini pozması və blokada tətbiq etməsi nəticəsində təhlükə altına düşüb", — deyə o, "X" sosial şəbəkəsində yazıb.

Qalibafın fikrincə, İran hələ heç bir addım atmadığı halda, mövcud vəziyyətin davam etməsi ABŞ üçün tamamilə dözülməzdir.

Məryəm Quliyeva

Chosen
5
1
xalqcebhesi.az

2Sources