Ermənistanda dövlət səfərində olan Fransa Prezidenti Emmanuel Makron ötən axşam İrəvanda gəzintiyə çıxıb.
Sitat.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Makron əylənməyə də vaxt tapıb.
Belə ki, o, Vaaqn Ayrapetyanın çalıdğı pianonun sədaları altında mahnı oxuyub. Baş nazir Nikol Paşinyan isə onları zərb alətlərində müşayiət edib./Modern.az