EN

Qocalmanı ləngidən təbii möcüzə tapıldı

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Orqanizmin qocalma prosesini ləngidən təbii vasitə tapılıb. Qidalanma rasionuna xlorofilin əlavə edilməsi qocalma əlamətlərini ləngidir və bədənin stresə qarşı dözümlülüyünü artırır.Demokrat.az xəbər verir ki, alimlərin bu barədə araşdırması "Nutrients" jurnalında dərc olunub.Tədqiqat drozofil meyvə milçəkləri üzərində aparılıb. Optimal dozada xlorofil tətbiq edildikdə həmin həşəratların ömrü 7,66-13,94 faiz uzanıb. Eyni zamanda onlarda hərəkət aktivliyi yaxşılaşıb, aclığa, istiyə, soyuğa və oksidləşdirici stresə qarşı dözümlülük artıb.Tədqiqatçılar müəyyən ediblər ki, bu təsir qida rasionunun azaldılması, çoxalma funksiyasının zəifləməsi və ya sutkalıq ritmlərin dəyişməsi ilə bağlı deyil. Xlorofil hüceyrələrin müdafiə mexanizmini gücləndirib. Belə ki, maddə bədəndə antioksidant fermenti olan katalazanın aktivliyini yüksəldib, piylərin zədələnmə göstəricisini aşağı salıb və toksinlərin zərərsizləşdirilməsi ilə bağlı genlərin fəaliyyətini yenidən qurub.Mütəxəssislər xlorofilin yaşla bağlı dəyişikliklərə qarşı orqanizmin müqavimətini artıran təbii vasitə kimi istifadə oluna biləcəyini qeyd edirlər.Yəni, bitkilərə yaşıl rəng verən xlorofil maddəsi bədənin hüceyrələrini qoruyaraq qocalmağı ləngidir və bədəni müxtəlif çətin şəraitlərə qarşı daha dözümlü edir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
demokrat.az

1Sources