EN

Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ına aid mebel şirkəti dövlətə borclanıb - FOTOFAKT

"Azital Mebel" Qapalı Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu yığılıb.

32gun.az xəbər verir ki, hazırda sözügedən şirkətin vergi borcunun ümumi miqdarı 56 764.16 manat təşkil edir.

Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, ev B 15 olan QSC-nin qanuni təmsilçisi Əliyev Baxış Akif oğlu, nizamnamə kapitalı isə 2010 manat məbləğindədir.

Ayaz

Qeyd edək ki, "Azital Mebel" QSC 2009-cu ildən fəaliyyət göstərən "Crystal Mebel" QSC-nin 2023-cü ildə adını dəyişməsi ilə yaradılmış Azərbaycanın mebel istehsalı müəssisəsidir. Şirkət "Crystal Group of Companies" holdinqinin tərkibində fəaliyyət göstərir və ölkənin mebel bazarında aktiv istehsalçı kimi tanınır. İllik maliyyə hesabatlarını şəffaf şəkildə ictimaiyyətə təqdim edən müəssisə, eyni zamanda müasir standartlara uyğun istehsal proseslərini həyata keçirir.

*

Xatırladaq ki, Deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev 2024-cü ilin fevral ayından etibarən "Crystal Group of Companies" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir. O, eyni zamanda atasının rəhbərlik etdiyi "Azəraqrartikinti" ASC-də sədr müavini və yaşayış binalarının inşası ilə məşğul olan "Kristal Bakı" ASC-nin əsas payçılarından biridir. Pərviz Vəliyev bu vəzifələr vasitəsilə qrup daxilindəki beton, plastik qapı-pəncərə istehsalı və tikinti layihələrinə ümumi rəhbərliyi həyata keçirir.

Mətbuatda yayılan araşdırmalara və iddialara əsasən, "Crystal Group of Companies" ASC (o cümlədən "Kristal Abşeron" layihələri) Milli Məclisin deputatı Ağalar Vəliyevə və onun ailə üzvlərinə məxsus biznes şəbəkəsinin bir hissəsi hesab olunur. Mətbuatda yayılan məlumatlara görə, rəsmi sənədlərdə qrupun tərkibindəki "Kristal Bakı" ASC-nin 50% səhmdarı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev kimi göstərilsə də, media resursları bu nəhəng holdinqin birbaşa deputatın himayəsində olduğunu bildirir.

Ayaz MusaKöylü


Chosen
44
azia.az

1Sources