Misli Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
“Qarabağ” əsas izləyicilərindən olan “Turan Tovuz”la qarşılaşıb. Turun mərkəzi oyununu Rəşad Əhmədov idarə edib. Üç qolluq oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Tura sabah keçiriləcək “Karvan-Yevlax” – “Neftçi” matçı ilə yekun vurulacaq. Daha öncə “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub, “Kəpəz” “Sumqayıt”a (2:1), “Zirə” “Qəbələ”yə (1:0) qalib gəlib.
Misli Premyer Liqası
30-cu tur
4 may
“Qarabağ” – “Turan Tovuz” 2:1
Qollar: Leandro Andrade, 50. Mateus Silva, 54 - Ayxan Hüseynov, 77.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
T.Bəhramov adına Respublika stadionu, 19:30.
Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 18. Dani Bolt, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 5. Roderik Miller, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.