Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Böyük Britaniyanın Baş naziri Keyr Starmer erməni mediasının Azərbaycanda həbsdə olan “erməni girovlar” (müharibə cinayətlərin törətdikləri üçün həbs edilən cinayətkarlardan söhbət gedir - red.) barədə sualını cavabsız qoyub.
Bakupost.az xəbər verir ki, Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısının keçirildiyi yerə gələn Keyr Starmer jurnalistlərin bütün suallarını cavablandırsa da, sözügedən suala cavab verməyib.
Starmer “Erməni əsirlər məsələsi ilə bağlı şərh verə bilərsinizmi?" sualına heç bir cavab vermədən brifinq zonasını tərk edib.
Qeyd edək ki, bu gün İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammiti keçirilib.
Asena,
BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.