EN

BƏƏ-də partlayış səsləri- Tehrandan açıqlama gəldi

Birləşmiş Ərəb Əmirliklərində bu gün partlayış səsləri qeydə alınıb.

Musavat.com xəbər verir ki, ilkin məlumata görə, İran istiqamətindən atılan dörd qanadlı raketdən üçü hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, biri isə dənizə düşüb.

Hadisə fonunda Tehran rəsmi mövqeyini açıqlayıb. İran dövlət televiziyası hərbi mənbəyə istinadən bildirib ki, ölkənin nə keçmişdə, nə də hazırda BƏƏ-yə hücum planı olmayıb.

Beləliklə, baş verən insidentə baxmayaraq, rəsmi Tehran hücum iddialarını qəti şəkildə təkzib edib.

Musavat.com

Chosen
41
37
musavat.com

10Sources