EN

Əks yola çıxıb insanlara təhlükə yaratdı, sonra maşını divara çırpdı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xırdalanda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə Əvəz Şəfiyev küçəsilə Nizami Gəncəvi küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 77-YU-141 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü yüksək sürətlə əks yola çıxaraq ötmə əməliyyatı edib. Daha sonra həmin zolaqla yoluna davam edərək döngəyə daxil olub. Bu zaman yolu keçən piyadalara təhlükəli vəziyyət yaradıb.

Görüntünü qeydə alan sürücü bildirir ki, həmin sürücü qarşıdakı küçələrin birində avtomobilini divara çırparaq qəza törədib.

Sözügedən videonu təqdim edirik.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
avtosfer.az

1Sources