EN

TƏCİLİ! İran BƏƏ-yə hücum etdi

Birləşmiş Ərəb Əmirliklərinin strateji əhəmiyyətli Fujayra bölgəsi alovlara bürünüb. Neft sənayesinin mərkəzi sayılan ərazidə baş verən yanğın bölgədəki hərbi aktivliyin artması ilə eyni vaxta təsadüf edir.

Musavat.com xəbər verir ki, insidentin İrandan start götürən pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində törədildiyi bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış səslərindən dərhal sonra neft terminallarının yerləşdiyi zonada qatı tüstü dumanı göyə ucalıb.

Hazırda rəsmi qurumlar yanğının lokallaşdırılması və dəymiş ziyanın qiymətləndirilməsi istiqamətində iş aparır. Bu hadisə Hörmüz boğazı və ətrafındakı enerji daşımaları üçün yeni bir təhlükə siqnalı kimi qiymətləndirilir.

Musavat.com

Chosen
27
musavat.com

1Sources