EN

Kreml ətrafında fövqəladə vəziyyət Qırmızı meydana giriş bağlandı, snayperlər gətirildi + FOTOLAR

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Kreml Ukraynanın PUA hücumları təhlükəsinə görə 9 may paradı ərəfəsində Qırmızı Meydan ətrafında fövqəladə təhlükəsizlik tədbirlərinə başlayıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediası və Telegram kanalları Moskvanın girişində postlar qoyulduğu, Kreml ətrafına pulemyotlarla təchiz olunmuş zirehli maşınlar yerləşdirildiyi barədə məlumat, foto və videolar paylaşıb.

Təhlükəsizlik qüvvələri həmçinin paradın keçiriləcəyi və Vladimir Putinin çıxış edəcəyi gözlənilən Qırmızı Meydana girişi bağlayıb. Kreml divarlarının üzərində və ətraf binalarda, o cümlədən Spasskaya Qülləsində pulemyot və snayperlərlə silahlanan hərbçilər yerləşdirilib.

Bundan əlavə, hakimiyyət orqanları mayın 5-dən 9-dək Moskvada bütün mobil telefon xidmətlərini məhdudlaşdırmağa hazırlaşır. Operatorlar artıq istifadəçilərə xəbərdarlıqlar göndərməyə başlayıblar.

Məlum olduğu kimi, Rusiya Müdafiə Nazirliyi paradın 2007-ci ildən bəri ilk dəfə hərbi texnika olmadan keçiriləcəyini açıqlayıb. Putinin mətbuat katibi Dmitri Peskov bunu "əməliyyat vəziyyəti" və Ukrayna Silahlı Qüvvələrinin təhdidi ilə əlaqələndirib. Putin özü isə Donald Trampa zəng edərək 9 mayda Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu bildirib. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski yalnız "bir neçə saat" deyil, uzunmüddətli atəşkəs istədiyini bəyan edib.

Bu gün isə Zelenski Ukrayna PUA-larının 9 mayda Moskvadakı parada “qatılacağına” eyham vurub.

Keçən il, qələbənin 80-ci ildönümündə Moskvadakı paradda Çin, Serbiya, Venesuela, Braziliya, Kuba, Ermənistan, Misir, Vyetnam və Efiopiya da daxil olmaqla 27 ölkənin başçısı iştirak edib. Bu il yüksək rütbəli qonaqların sayının dəfələrlə az olacağı gözlənilir.

Bu arada Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib ki, əgər Kiyev 9 mayda Moskvada keçiriləcək parada dronlarla hücum etmək qərarına gələrsə, Rusiya hərbi qüvvələri Ukraynaya qarşı “çox ciddi və genişmiqyaslı cavab zərbələri” endirəcək.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
azpolitika.info

1Sources