EN

İran: ABŞ gəmilərinin Hörmüz boğazına girişi dayandırılıb

İran ordusu ABŞ gəmilərinin Hörmüz boğazı ərazisinə daxil olmasının qarşısının alındığını açıqlayıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi bildirib ki, Hərbi Dəniz Qüvvələrinin sürətli və qətiyyətli xəbərdarlığı nəticəsində ABŞ-a məxsus gəmilər boğaza daxil ola bilməyib.

İnqilab Keşikçiləri Korpusu-nun sözçüsü Hüseyn Mühibbi də qaydaları pozan gəmilərin güc tətbiq edilərək dayandırılacağını vurğulayıb.

Qurumun Hərbi Dəniz Qüvvələri Komandanlığı boğazda nəzarət etdikləri əraziləri əks etdirən xəritə də yayımlayıb.
 
Xəritədə İranın Mübarək dağı bölgəsi ilə BƏƏ-nin cənubundakı Fuceyra xətti, həmçinin Qeşm adası ilə Ümm əl-Küveyn arasında yerləşən sahələrin İran Silahlı Qüvvələrinin nəzarətində olduğu göstərilib.
 
 

Chosen
14
7news.az

1Sources