Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyanın Nijni Novqorod vilayətindəki "Qorki" neft stansiyasına hücum edib.
"Report" UNİAN-a istinadən xəbər verir ki, hər birinin həcmi 50 min kubmetr olan iki rezervuar məhv edilib, həmçinin filtrasiya avadanlığı və anbar binaları zədələnib.
Qeyd olunur ki, hücum aprelin 23-də baş verib. Obyekt "Transneft – Verxnyaya Volqa" SC-yə məxsusdur.
"Qorki" neft stansiyası həm əsas, həm də aralıq stansiya funksiyalarını yerinə yetirir, Qərbi Sibirdən Rusiyanın mərkəzi regionlarındakı neft emalı müəssisələrinə, həmçinin ixrac üçün neftin vurulmasını təmin edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.