EN

"İran Hörmüz boğazında istənilən ssenariyə hazırdır"

İran Hörmüz boğazında istənilən ssenariyə hazırdır.

Bunu “Tasnim”ə iranlı anonim hərbi mənbə deyib.

Mənbə bildirib ki, İran ordusu 40 günlük müharibədə olduğu kimi, ABŞ qüvvələrinin Hörmüz boğazından keçidinə imkan verməyəcək və bu boğazda hərəkət yalnız İranın icazəsi ilə mümkün olacaq.

“Hərbi gəmilərə atəş açmaqdan əlavə, başqa ssenarilər də hazırlanıb və lazım olduğu təqdirdə, icra olunacaq”, - hərbi mənbə qeyd edib.

CENTCOM: Heç bir gəmimiz vurulmayıb, İran limanlarının blokadası davam edir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbi gəmisinin vurulması ilə bağlı İran mediasının xəbərini təkzib edib.

Bu barədə CENTCOM-un “X” hesabında bildirilib.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir gəmi vurulmayıb və donanma İran limanlarına blokada tətbiq etməyə, eləcə də “Project Freedom” əməliyyatını dəstəkləməyə davam edir.

Qeyd edək ki, İran mətbuatı Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ hərbi gəmilərindən birinin iki raketlə vurulduğu barədə məlumat yayıb.

İş elanları AzVak.az-da

© APA

Chosen
8
marja.az

1Sources