EN

Trampın reytinqi ən aşağı həddə çatıb - Sorğu

ABŞ Prezidenti Donald Trampın narazılıq reytinqi rekord həddə - 62%-ə çatıb.

"Yeni Sabah" Washington Post- istinadla xəbər verir ki, sorğunu "Ipsos" keçirib.

Trampın 2 prezidentlik müddəti ərzində bu qədər yüksək narazılıq səviyyəsi heç vaxt müşahidə olunmayıb. Amerikalılar liderlərinin İrana qarşı hərəkətlərindən narazıdırlar (66% əleyhinə və 33% lehinə).

Bundan əlavə, respondentlər ölkənin iqtisadi vəziyyətindən xoşhal deyillər. Məsələn, respondentlərin 76%-i yaşayış xərclərinin yüksəkliyindən şikayət edib. Lakin respondentlərin 45%-i prezidentin immiqrasiya siyasəti ilə bağlı işini müsbət qiymətləndirib.


Telegram kanalımız
Chosen
38
yenisabah.az

1Sources