İran ordusu Hörmüz boğazından keçməyə çalışan ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi açdığını iddia edib.
Ucnoqta.az xəbər verir ki, İran dövlət televiziyası bu məlumatı yayıb.
Bildirilib ki, Amerika esminetsləri ilkin xəbərdarlığı qulaqardına vurduqdan sonra İran donanması qanadlı raketləri ilə xəbərdarlıq atəşi açıb və təcavüzkar düşmənin gəmilərinin yaxınlığında dronlar buraxıb.