EN

Kameron Dias 53 yaşında ana oldu

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kameron Diasın üçüncü övladı dünyaya gəlib. 53 yaşlı amerikalı aktrisa Kameron Dias və musiqiçi həyat yoldaşı Benci Medden ailələrində yeni körpənin doğulduğunu elan ediblər.Demokrat.az xəbər verir ki, bu barədə "Good Charlotte" qrupunun gitaraçısı Benci Medden sosial şəbəkə hesabında məlumat paylaşıb."Dünyaya xoş gəldin, oğlum! Biz ailəmizi çox sevirik, uşaqlarımız sağlam və xoşbəxtdir, buna görə minnətdarıq", - deyə musiqiçi bildirib. O, həmçinin körpəyə Nautas adının verildiyini qeyd edib.Cütlüyün münasibətləri 2014-cü ildə başlayıb və bir il sonra onlar evləniblər. Onların 2019-cu ildə Reddiks adlı qızı, 2024-cü ildə isə Kardinal adlı oğlu dünyaya gəlib.Qeyd edək ki, məşhur aktrisa Kameron Dias ailəsinə vaxt ayırmaq məqsədilə 2010-cu illərin ortalarında kinodan uzaqlaşsa da, 2025-ci ilin əvvəlində yenidən Hollivuda qayıdıb.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
demokrat.az

1Sources