EN

Kondisionerlər orta hesabla nə qədər işləyir? Onların ömrünü uzatmaq yolları

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kondisionelər bəzən sıradan çıxır və çox vaxt ən uyğun olmayan anda işləməz hala gəlir. Mütəxəssislərin fikrincə, hər bir kondisionerin müəyyən istismar müddəti mövcuddur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ənənəvi pəncərə tipli kondisionerlər adətən 8-10 il xidmət göstərir. Daha müasir divar tipli modellərin ömrü isə bir qədər uzun olur və orta hesabla 10-15 il təşkil edir.

Ən uzunömürlülər isə mərkəzləşdirilmiş kondisioner sistemləridir. Bildirilir ki, istilik, havalandırma və kondisioner sistemlərini birləşdirən HVAC qurğuları təxminən 15-20 il işləyə bilir. Bu sistemlər daha geniş sahələri soyutmaq üçün nəzərdə tutulduğundan daha intensiv fəaliyyət göstərir və buna görə də daha davamlı şəkildə istehsal olunur.

Kondisionerin ömrünü necə uzatmaq olar?

Kondisionerin növündən və markasından asılı olmayaraq, onun real istismar müddəti müxtəlif amillərdən asılı olaraq dəyişə bilər. Bu səbəbdən dəqiq vaxt aralığı müəyyən etmək çətindir.

Mütəxəssislər bildirirlər ki, bu məsələdə əsas rol müntəzəm texniki xidmətə məxsusdur. Bəzi texniki işləri istifadəçilər özləri də edə bilər. Məsələn, istehsalçının tövsiyələrinə uyğun olaraq hava filtrlərini yoxlamaq və ya dəyişmək mümkündür. Eyni zamanda, xarici blokun təmiz saxlanılması da vacibdir. Çirk, yarpaq və digər tullantılar hava axınını məhdudlaşdıra bilər.

Bununla belə, bəzi hallarda mütəxəssisə müraciət etmək zəruridir. Sertifikatlı texniki işçilər istilik dəyişdiriciləri, ventilyatorlar, mühərriklər və drenaj sistemləri kimi vacib komponentləri xüsusi avadanlıqlarla təmizləyə bilirlər. Bu işləri özbaşına görmək, xüsusilə cihazın daxili elektronikasına müdaxilə etmək ciddi xəsarətlərlə nəticələnə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
lent.az

1Sources