EN

İran tərəfindən hərbi gəminin vurulması iddialarına ABŞ-dan REAKSİYA

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbi gəmisinin vurulması ilə bağlı İran mediasının xəbərini təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə CENTCOM-un “X” hesabında bildirilib.
 

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir gəmi vurulmayıb və donanma İran limanlarına blokada tətbiq etməyə, eləcə də “Project Freedom” əməliyyatını dəstəkləməyə davam edir.


Qeyd edək ki, İran mətbuatı Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəminin İranın cənubundakı Cask şəhəri yaxınlığında iki raket zərbəsilə vurulduğunu iddia edib.

Bizim.Media

Chosen
3
8
bizim.media

10Sources