EN

Ölkəmizdə idmana olan dövlət dəstəyinin bariz nümunəsi- ÖZƏL

"Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatında yüksək nəticələr əldə edərək komanda hesabında Avropa çempionu adına layiq görülmüş yunan-Roma və sərbəst güləş, eləcə də qadın güləşi üzrə milli komandaların üzvlərini və onların məşqçilərini qəbul edib. Görüş zamanı dövlətimizin başçısı idmançıları səmimi-qəlbdən təbrik etmiş, onların qazandıqları uğurların Azərbaycan idmanının inkişafında mühüm mərhələ təşkil etdiyini xüsusi vurğulayıb. Ölkəmizdə idmana olan dövlət dəstəyinin bariz nümunəsi olaraq Azərbaycanın bu istiqamətdə dünyada özünə layiqli yer tutduğu bəyan edilib". "Olaylar" xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. Deputat qeyd edib ki, Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdikləri nailiyyətlər ölkəmizin artan nüfuzunun və hərtərəfli inkişafının bariz nümunəsidir: "Ölkəmizin başçısının da vurğuladığı kimi hər dəfə dövlət bayrağımızın mötəbər yarışlarda ucaldılması xalqımızda böyük qürur hissi doğurur və bu uğurlar cəmiyyətin bütün təbəqələrində böyük sevinc hissi ilə qarşılanır. Sözsüz ki, idman sahəsində əldə edilən bu cür yüksək nəticələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. İdmançılar tərəfindən qazanılan qələbələr yalnız fərdi nailiyyət kimi deyil, eyni zamanda milli birliyin və həmrəyliyin gücləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə idmanın cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrildiyi və son illər ərzində bu sahədə müşahidə olunan dinamik inkişafın təqdirəlayiq olduğu dövlətimizin başçısı tərəfindən diqqətə çatdırılıb.

Azərbaycan güləşçiləri bu çempionatda da yüksək peşəkarlıq, əzmkarlıq və qələbə əzmi nümayiş etdirərək güclü rəqiblər üzərində inamlı qələbələr qazanmış, nəticədə komanda hesabında Avropa çempionu adına layiq görülmüşlər. Bu uğur ölkəmizin idman tarixində növbəti əlamətdar hadisə kimi qiymətləndirilir. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlar ölkəmizin dünya miqyasında tanıdılmasına, müsbət imicinin formalaşdırılmasına və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
1
olaylar.az

2Sources