Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Münxenin "Bavariya" klubu 2026/27 mövsümü üçün yeni ev formasını təqdim edib.
İdman.Biz xəbər verir ki, "Adidas" tərəfindən hazırlanan forma ənənəvi qırmızı rəng çalarlarında dizayn olunub. Formada incə şaquli zolaqlar, ağ rəngli detallar və yaxalıq hissəsində qızılı işləmələrə yer verilib.
Münxen təmsilçisi yeni forma ilə ilk dəfə 6 may tarixində UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda PSJ klubuna qarşı meydana çıxacaq.
İdman.Biz


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.