EN

İran "vurduq" deyir, ABŞ isə təkzib edir

ABŞ Prezidenti Donald Trampın Amerika gəmilərinin Hörmüz boğazından keçərkən Fars körfəzində gəmiləri müşayiət edəcəyini açıqlamasından sonra gərginlik artdı.

Turkustan.az xəbər verir ki, ABŞ-ın əməliyyata başlamaq qərarından sonra İran cavab tədbirləri ilə hədələdi. Bu təhdiddən sonra İran ABŞ hərbi gəmisini iki raketlə vurduğunu açıqladı.

İranın Fars Xəbər Agentliyi, "İranın xəbərdarlıqlarını qulaqardına vurduğuna görə" Cask adası yaxınlığında bir Amerika hərbi gəmisinə iki raketin vurulduğunu açıqladı. Fars həmçinin ABŞ gəmisinin ərazidən uzaqlaşdığını bildirdi. İran Hərbi Dəniz Qüvvələri də ABŞ hərbi gəmilərinin Hörmüz boğazına girməsinin qarşısını aldığını açıqladı.

ABŞ gəmisinin vurulduğu elan edildikdən sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "Heç bir ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə zərbə endirilməyib. ABŞ qüvvələri Azadlıq Əməliyyatını dəstəkləyir və İran limanlarının dəniz blokadasını tətbiq edir" adlı açıqlama yayıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
4
1
turkustan.az

2Sources