EN

Milyardlar xərclənən cihaz tarixə qovuşur Apple ın ən çox geri qaytarılan məhsulu

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Apple” şirkətinin milyardlarla dollar xərclədiyi artırılmış reallıq layihəsi gözlənilən nəticəni verməyib.Demokrat.az xəbər verir ki, texnologiya nəhəngi "Vision Pro" qulaqlıqlarının yeni nəslini istehsal etməkdən imtina edib. Məlumata görə, şirkət rəhbərliyi cihazın satış göstəricilərinin çox aşağı olması ilə artıq barışıb. Ötən ilin oktyabrında qulaqlığın daha güclü "M5" prosessoru ilə təchiz edilmiş yenilənmiş versiyası təqdim olunsa da, bu addım alıcıların marağını bərpa etməyə kömək etməyəcək. Layihə üzərində çalışan mühəndislərin böyük hissəsi artıq digər istiqamətlərə yönləndirilib.İnsayderlərin sızdırdığı məlumatlara görə, komandanın bir hissəsi süni intellekt dəstəkli ağıllı eynəklərin yaradılması üzərində işləməyə başlayıb. Bu yeni cihazın ilk versiyasında daxili ekranın olmayacağı, əsas diqqətin səsli köməkçi və kameralara ayrılacağı bildirilir. Digər mühəndislər isə "Siri" səsli köməkçisinin təkmilləşdirilməsi ilə məşğul olacaqlar.Qeyd edək ki, "Vision Pro" bazara çıxdığı vaxtdan bəri cəmi 600 min ədəd satılıb və şirkət tarixinə ən çox geri qaytarılan məhsul kimi düşüb. Ekspertlər qulaqlığın uğursuzluğunu onun 3500 dollar dəyərindəki həddindən artıq yüksək qiyməti, ağır çəkisi və gündəlik istifadə üçün əlverişsiz olması ilə əlaqələndirirlər.Yəni, Apple çox baha və ağır olduğu üçün istifadəçilərin bəyənmədiyi Vision Pro qulaqlığından imtina edir və bunun əvəzinə daha yüngül, süni intellektli ağıllı eynəklər hazırlamağa başlayır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
demokrat.az

1Sources