ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
Azərbaycanda qısaldılmış iş günü olacaq.
Milli.Az xəbər verir ki, əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, 8 may bayramdan əvvəlki iş günü olduğu üçün iş saatları bir saat azaldılacaq.
9 May Qələbə Günü münasibətilə rəsmi qeyri-iş günüdür. 9 May şənbə gününə təsadüf etdiyi üçün, qanunvericiliyə əsasən istirahət günü ilə iş günü yerini dəyişir və 11 may qeyri-iş günü hesab olunur.
Beləliklə, həftəlik beşgünlük iş qrafiki ilə çalışanlar üçün 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.