EN

Hörmüz boğazında gərgin anlar... İran mediası açıqladı - ABŞ hərbi gəmisi vuruldu...



İran mediası xəbərdarlıqlara məhəl qoymayan ABŞ hərbi gəmisinin Cask adası yaxınlığında iki raketlə vurulduğunu bildirib. Vurulandan sonra zədələnən Amerika hərbi gəmisinin ərazini tərk etdiyi bildirilir.

İran Silahlı Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına yaxınlaşmamaq və ya girməmək barədə xəbərdarlıq etmişdi.

İran Silahlı Qüvvələri həmçinin xəbərdarlıq edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrindən əlavə, bütün ticarət gəmiləri və neft tankerləri İran hərbçiləri ilə koordinasiya olmadan Hörmüz boğazında hər hansı bir hərəkətdən çəkinməlidirlər.

Tahir TAĞIYEV

Chosen
19
baki-xeber.com

1Sources