Fransa prezidenti Emmanuel Macron İrəvan şəhərində keçirilən Avropa Siyasi Birliyinin plenar iclasında Ermənistanı Rusiyanın keçmiş forpostu adlandırıb.
Turkustan.az xəbər verir ki, Makronun sözlərinə görə, 8 il əvvəl Avropa liderlərindən heç kim Ermənistana gəlməzdi.
“Səkkiz il əvvəl bu ölkə bir çox dövlətlər tərəfindən de-fakto Rusiyanın peyki kimi qəbul olunurdu. Nikol Paşinyan "məxməri inqilab” təşkil etdi və ölkə üçün riskləri azaltmağa qərar verdi”, - deyə o qeyd edib.
Makronun sözlərinə görə, bunun nəticəsində Ermənistan müəyyən üstünlüklər əldə edib./modern.az