Daha sonra Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında" , "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri bildirib ki, sənəddə komitənin profilinə uyğun qanunlara edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihələri ilə bağlı müzakirələrdə komitənin sədr müavini Razi Nurullayev, komitənin üzvləri Cavanşir Paşazadə, Azər Badamov, Aydın Hüseynov, Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış ediblər, məsələlərlə bağlı qeydlərini, təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra onlayn iclasın gündəliyində olan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitənin üzvləri Novruzəli Aslanov, Xanlar Fətiyev, Malik Həsənov, Vüqar İskəndərov və digər rəsmi şəxslər iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31