EN

“Süni intellekt və insan hüquqları: nələri bilməliyik?” adlı maarifləndirici nəşr hazırlanıb

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “Süni intellekt və insan hüquqları: nələri bilməliyik?” adlı maarifləndirici nəşr hazırlanıb.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, vəsaitin hazırlanmasında məqsəd vətəndaşları süni intellektin insan hüquqlarına müsbət və mənfi təsirləri barədə maarifləndirmək, potensial riskləri izah etmək və hüquqların qorunması istiqamətində düzgün yanaşmaların formalaşdırılmasına töhfə verməkdir.

Vəsait barədə geniş məlumatı linkə daxil olmaqla əldə edə bilərsiniz.

Chosen
7
4
azertag.az

5Sources