EN

Neftçalada narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ayna saytına istinadən ain.az xəbər verir.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Mehman Dadaşov saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, ondan 7 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb. Həmçinin araşdırmalarla M.Dadaşovun narkotikləri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
10
ayna.az

10Sources