EN

Rusiyada yeni avtomobil markası yaradıldı

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyada yeni avtomobil markasının yaradıldığı elan edilib. Yerli holdinq AGR və Defetoo ölkədə Esteo adlı yeni premium brend altında avtomobillərin satışına başlanıldığını açıqlayıb.Demokrat.az bildirir ki, avtomobillərin yığımı holdinqin istehsal sahələrində təşkil olunacaq. Markanın konsepsiyası, modellər və satışa çıxarılma tarixləri ilə bağlı detallı məlumatlar isə daha sonra təqdim ediləcək.Bildirilir ki, Esteo brendi həm yeni enerji mənbələri ilə işləyən, müasir platformalara və ağıllı sürücü yardım sistemlərinə malik avtomobilləri, həm də klassik benzin mühərrikli modelləri əhatə edəcək. Benzinli versiyalarda əsas diqqət texniki quruluşun optimallaşdırılmasına, cəlbedici dizayna və yüksək keyfiyyətli interyerə yönəldiləcək.Şirkət qeyd edir ki, Esteo avtomobillərinin salonunda rəqəmsal xidmətlər, rahat oturuş, artırılmış təhlükəsizlik və ümumi yüksək komfort səviyyəsi bir araya gətiriləcək. Məqsəd mürəkkəb texnologiyaları istifadəçi üçün daha sadə və praktik etməkdir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
demokrat.az

1Sources