EN

Sabah Neftçala və Hacıqabulun bəzi kəndlərində qaz kəsiləcək

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sabah Neftçala və Hacıqabul rayonlarının bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Ölkə.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, Neftçala rayonunun Xanməmmədli, Qaçaqkənd, Ramazanlı, Qazaxbərəsi, Mürsəqulu, Dördlər, Xolqaraqaşlı, Xolqarabucaq, Xoltəzəkənd, Qırmızıkənd, Xəzərkəndi kəndlərində, həmçinin Hacıqabul rayonunun Qarasu kəndində aparılacaq təmir işləri ilə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
19
olke.az

10Sources