Məhəmməd Əsədullazadə: “Bu təxribatın arxasında erməni diasporunun və Rusiyasının maliyyə dəstəyi dayanır...”
BBC-i Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktına təxribat donu geydirməyə çalışır. Belə ki, BBC-nin yayımladığı məqalələrdən birində “2023-cü il Ermənistanla qonşu Azərbaycan arasında baş verən müharibə dönüş nöqtəsi oldu”-deyə yazılıb.
BBC-i yazır ki, o dövrdə Azərbaycan təxminən 30 il idi ki, “Ermənistanın nəzarəti altında olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini” və ətrafdakı altı Azərbaycan rayonunu geri almaq üçün ildırım sürətində hərbi əməliyyata başladı. “Azərbaycan ildırım sürətli hərbi əməliyyat həyata keçirərək “Dağlıq Qarabağın” “işğalı prosesini başa çatdırdı və 100 mindən artıq etnik ermənini oradan qovdu”. BBC-i belə bir iddia ilə çıxış edib.
Əvvala, BBC Qarabağın işğaldan azad olunmasını “işğalın başa çatması”, ikincisi, 100 min ermənin oradan”qovulması” kimi qələmə verib.
Halbuki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və ermənilər də o torpaqlardan zorla qovulmayıblar, özləri könüllü olaraq gediblər.
Politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, BBC-nin anti-Azərbaycan mövqeyi çox təəssüf doğurur. “BBC-i bu əsassız iddialarla Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsinə cəhd edir. Onlar etnik ermənilərin Azərbaycan dövləti tərəfindən guya zorla qovulduğunu ortaya atması təsadüfi deyil. Bu təxribatın arxasında erməni diasporunun və Rusiyasının maliyyə dəstəyi dayanır, bu səbəbdən də bu cür absurd yazılar meydana çıxır. Məqsəd də aydındır-Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olmaq, Ermənistanda keçiriləcək seçkilərdə revanşistlərin mövqeyini gücləndirmək”.
M.Əsədullazadənin fikrincə, BBC-i beynəlxalq səviyyəli media təsisatı olsa da, guya “demokratik ənənələri” qoruduğunu iddia etsə də, amma işğal məsələsini yenidən alovlandırmaq niyyəti güdür: “BBC-nin bu məqaləsi onun beynəlxalq hüquqa qarşı çıxdığını və Rusiyanın ruporuna çevrildiyini deməyə əsas verir. Bu məqalədə gedən fikirlər təxribatdır və Azərbaycan dövləti buna rəsmi mövqe bildirməlidirlər. Belə bir dezinformasiya yaydığı üçün BBC-dən izahat tələb etməliyik”.
İradə SARIYEVA