EN

Zəngəzurdan keçəcək “Tramp Yolu”  Orta Dəhlizin bir hissəsi olacaq -  Prezident

Ermənistan və Azərbaycanın doqquz aydan çoxdur ki, sülh şəraitində yaşayır və sülh şəraitində yaşamağı öyrənib.

Ölkə.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İrəvanda keçirilən  8-ci Avropa Siyasi Birliyi Sammitinin plenar iclasında vidoeçıxışı zamanı  deyib.

“Azərbaycan birtərəfli qaydada bütün məhdudiyyətləri aradan qaldırdı və o vaxtdan bəri Azərbaycan ərazisindən bir neçə min ton yük daşınıb. Azərbaycan Ermənistana benzin və dizel yanacağı tədarük etməyə başlayıb və bununla da ticarət əlaqələrinin əsası qoyulub. Artıq bir neçə min ton yanacaq göndərib”, - deyə İlham Əliyev bildirib. 

Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan Prezident bildirib ki, “Tramp Yolu” Ermənistandan Naxçıvana keçəcək və Orta Dəhlizin bir hissəsi olacaq. 

Mürtəza

Chosen
55
2
olke.az

3Sources