Braziliya millisinin sabiq futbolçusu, mayın 2-də "Atletiko Mineyro"nu tərk edən Halkın karyerasını harada davam etdirəcəyi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, 39 yaşlı hücumçu azad agent qismində "Fluminense"yə qoşulacaq.
Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edirdi. O, bu müddət ərzində bütün turnirlərdə 309 matça çıxaraq 140 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyada "Portu", Rusiyada "Zenit" kimi komandaların da formasını geyinmiş futbolçu Yaponiya və Çində də legioner həyatı yaşayıb.