ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq və xanımı Stella Çunqonq bu gün Zəfər parkını ziyarət ediblər.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, baş katib və xanımı Zəfər abidəsinin önünə gül dəstəsi qoyublar.
Sonra qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
***
Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.
Nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər qoyublar.





Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.