EN

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB “Qayıdışa aparan yol" adlı layihəyə start verib

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qayıdışa aparan yol" adlı layihəsinin icrasına başlayıb.  

İctimai Birliyin sədri Tahir Xudiyev qeyd edir: “Qayıdışa aparan yol göstərir ki, azadlığa və sülhə gedən yol həm qəhrəmanlıq, həm də mənəvi güc yoludur. Qarabağa qayıdış Azərbaycan xalqının tarixində yeni bir mərhələnin başlanğıcıdır”.

"Cebheinfo.az"-a verilən məlumata görə, 3 ay davam edəcək layihə zamanı təşkil olunacaq eyni adlı televiziya verilişləri vasitəsilə izləyicilər Azərbaycan tarixinin müstəqillik və ərazi bütövlüyü sahəsindəki mühüm anlarını daha dərindən anlayacaqlar. Bu, onlarda tarixə daha böyük hörmət və milli kimlik hissini atrıracaq. Dövlətin müstəqillik uğrunda keçirdiyi çətin dövrlər, xalqın mübarizəsi və qələbə hekayələri dinləniləcək. 

Bakının Qaradağ rayonunun “Qobu Park-2” yaşayış kompleksində müharibə əlilləri və digər əlilliyi olan şəxslər, məcburi köçkünlər, imtiyazlı qruplarla görüşlər keçirilməsi və onların mövcud problemlərinin qeydiyyatının aparılması, bu problemlərin aidiyyəti dövlət qurumlarının nəzərinə çatdırılması və həllinə dəstək göstərilməsi nəzərdə tutulur. Eləcə də maarifləndirmə məqsədi ilə onları maraqlandıran suallar cavablandırılacaq.

Bundan başqa layihənin icrası zamanı problemi olan müharibə əlilləri və müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərin, şəhid ailələrinin, digər imtiyazlı şəxslərin, eləcə də məhbus əlillər və onların ailə üzvlərinin öz müraciətlərinə əsasən problemlərinin həllinə dəstək göstəriləcək, lazım gələrsə respublikamızın digər regionlarına da səfər ediləcək. Bu da əhali ilə dövlət təşkilatları arasında münasibətlərin yaxşılaşmasına xidmət edir.

"Cebheinfo.az"

Chosen
1
2
cebheinfo.az

3Sources