EN

İqtisadçı: “ABŞ İran gərginliyi iqtisadi böhran və qlobal riskləri artırır”

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Tramp ümid edir ki, İran limanlarını blokada da saxlamaqla İranda iqtisadi böhran yaranacaq”.

Gununsesi.info bildirir ki, bunu iqtisadçı İsmayıl Qaşqay deyib:

“İran iqtisadiyyatı dağılacaq və nəticədə etirazların yeni dalğası insanları kütləvi şəkildə küçələrə çıxaracaq

İranlılar isə iqtisadi çətinliklərə dözməyə, etirazların qarşısını almaq üçün bütün vasitələrdən yenə də istifadə etməyə hazır olduqlarını nümayiş etdirirlər və  Trampa həm ABŞ-ın müttəfiqlərinin, həm Respublikaçılar partiyası funksionerləri və onların sponsorlarının, həm də biznes strukturlarının təzyiqlərini və dünya iqtisadiyyatında artan gərginliklikləri yaxından izləyirlər

Nəticədə, artan qlobal iqtisadi böhran riskini, baş verə biləcək qlobal iqtisadi fəlakəti vecinə almayan iki tərəf formalaşıb və hər iki tərəf böyük bir təhlükəli oyunun içərisindədirlər

Tramp nədənsə inanır ki, o, öz ölkəsində rahat şəkildə oturub, ABŞ-a heç bir zərər  vermədən sadəcə olaraq prosesləri izləyə bilər, iranlılar isə artıq elə vəziyyətdədirlər ki, artıq itirəcəkləri heç nə qalmayıb

Bizlərin isə iki əlimizlə başımızı tutub bütün bu baş verənləri izləməkdən başqa çarəmiz qalmayıb”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
icma.az

1Sources